news Image
2014.01.06
19:05
| A A A
Dahilik budur: Bütün ölkə yas içində
Portuqaliyanın əfsanəvi futbolçusu Eysebionun dəfn mərasimi yanvarın 7-də Lissabon şəhərində keçiriləcək.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dünən dünyasını dəyişən Eysebionun ölümü ilə bağlı Portuqaliyada 3 günlük matəm elan edilib. 

Xatırladaq ki, yanvarın 25-də 72 yaşı tamam olacaq Eysebio futbol karyerasının böyük hissəsini "Benfika" klubunda oynayıb. 1966-cı ildə o, Portuqaliya millisi ilə Dünya Çempionatının bürünc medalını qazanıb. 11 dəfə Portuqaliya çempionu olan Eysebio 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilib. O, 1962-ci ildə "Benfika" ilə Çempionlar Kubokunu başı üzərinə qaldırıb. 64 oyunda 41 qol vuran Eysebio "Qızıl butsi" tituluna da sahib olub. Sürətli və texnikalı oyununa görə o, "qara pantera" ləqəbini qazanıb.