news Image
2014.01.06
20:00
| A A A
Azərbaycan vaqon istehsal edəcək
Gəncədə tikintisi planlaşdırılan yeni dəmiryol vaqonları istehsalı zavodu həm yeni müasir vaqonların istehsalını, həm də köhnə vaqonların əsaslı təmirini həyata keçirməyə imkan verəcək. 

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Gəncədə Vaqon Deposunun bazasında tikiləməsi planlaşdırılan zavodun inşasına 2014-cü ildə başlanacağı gözlənilir.

N.Əzməmmədov bildirib: "Hazırda layihə hazırlanma mərhələsindədir və yaxın aylarda onun reallaşdırılmasına başlanacaq".

Qeyd edək ki, bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun dediyi kimi, ölkədə yeni vaqonqayırma zavodunun tikintisi ilə əlaqədar İsveçrənin "Stadler" şirkəti ilə danışıqlar aparılır.