Nazir Tədbirlər Planını təsdiqlədi
20 Yanvar faciəsinin iyirmi dördüncü
ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin
tədbirlər planı təsdiq edilib. Təhsil Nazirliyindən Movqe.az-a
verilən xəbərə görə, tədbirlər planı təhsil nazirinin 20 Yanvar
faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə əmri
ilə təsdiqlənib. Əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı
Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon
(şəhər) təhsil şöbələri, ilk peşə ixtisas, ali və orta ixtisas
təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, tədbirlər
planına müvafiq olaraq tabeliklərindəki təhsil müəssisələrində
10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda
mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş
geniş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər, əmrin icrası
ilə bağlı görülmüş işlər barədə yanvarın 25-dək nazirliyə
hesabat təqdim etsinlər. Əmrin icrasına nəzarət nazir müavini
Ceyhun Bayramova həvalə olunub.