Əlaqə Arxiv
news Image
2014.01.07
11:49
| A A A
Azərbaycanda xarici kanalların yayımı dayandırıldı

Ölkədə rəqəmsal TV paketinə daxil edilmiş xarici TV kanalların yayımı dayandırılıb. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən anspress-ə verilən məlumata görə, yayımı dayandırılmış xarici kanallar sosial paketdən çıxarılıb və ödənişli TV paketinə əlavə edilib. Hazırda ölkə ərazisində yayımlanan sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.

"Teleradio" İB-dən verilən məlumata görə, bundan əvvəl sınaq dövründə açıq rəqəmsal paketə xarici kanallar əlavə edilmişdi. Sınaq işləri bitdikdən sonra paketə daxil olan telekanalların yayımı dayandırılıb:

"Bu kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 86 xarici kanal daxildir".


Qeyd edək ki, hazırda respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub.


Sizin Reklam Yeriniz