Əlaqə Arxiv
news Image
2014.01.07
13:00
| A A A
Donuz qripi 10 can aldı

Movqe.Az xəbər verir ki, Kanadada donuz qripi ucbatından 10 nəfərin dünyasını dəyişdiyi bildirilib. Alberta Əyalət Sağlamlıq Nazirliyindən Dr. Ceyms Talbot, etdiyi şərhdə, əyalət daxilindəki donuz qripi hadisələrinin sürətlə artdığını və hələ də 40-dan çox xəstənin reanimasiyada olduğunu qeyd edib.


Son 24 saat ərzində yaşları 18-64 arasında dəyişən 10 xəstənin donuz qripinə yoluxduğu H1N1 virusu səbəbiylə öldüyünü açıqlayan Talbot, peyvənd etmə işlərində əyalət əhalisinin 23 faizinə kömək etdiklərini bildirib. 


Həmçinin, Saskatchevan əyaləti və paytaxt Ottavada da təsirli olan donuz qripi ucbatından ölümlərin artmasından narahatlıq duyulur.


Ölkə daxilində əvvəllər də 9 nəfər donuz qripindən dünyasını dəyişmişdi.

Sizin Reklam Yeriniz