Əlaqə Arxiv
news Image
2014.01.07
15:30
| A A A
Vaqif Səmədoğlu yenidən İsrailə gedir

Prezident İlham Əliyevin ayırdığı vəsait hesabına İsrailə müalicə edilən Xalq şairi Vaqif Səmədoğlu yenidən ölkəni tərk edəcək. Xalq şairinin həyat yoldaşı Nüşabə xanımın Ans press-ə verdiyi məlumata görə, V.Səmədoğlu müalicəsini davam etdirmək məqsədi ilə həftəsonu yenidən İsrailə gedəcək. 

Həyat yoldaşı şairin vəziyyətinin normal olduğunu söyləyib.

"Vaqif Səmədoğlu vəziyyətinə yaxşı demək olmaz, ortadır. Getməyə hazırlaşırıq. Bu həftənin sonunda İsrailə getməliyik. İsraildən zəng vurub, günü də deyiblər. Dedilər ki, bizi gözləyirlər."


Qeyd edək ki, Xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir.

Sizin Reklam Yeriniz