Əlaqə Arxiv
news Image
2014.01.07
17:35
| A A A
Azərbaycanda rabitə xidmətləri üzrə yeni tariflər tətbiq ediləcək
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə xidmətləri tariflərinin azaldılması məsələsi ilə bağlı təlimatı yaxın günlərdə fiksə edilmiş rabitə operatorlarına daxil olacaq. 

Bu barədə çərçənbə axşamı Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, bu sənədin hələlik daxil olmaması ilə əlaqədar, rabitə xidmətləri üzrə tariflər və ümumi telefon şəbəkəsindən istifadəyə görə abunə haqları daha əvvəl qüvvədə olan tariflərə uyğun olaraq yığılır: "Sənəd yaxın günlərdə daxil olacaq, bundan sonra operatorlar Tarif Şurasının qərarına uyğun olaraq tarifləri tənzimləyəcəklər".
Sizin Reklam Yeriniz