Əlaqə Arxiv
news Image
2014.01.07
17:19
| A A A
Yeni metro stansiyası hazır olmaq üzrədir
Bakının çıxışında "Avtovağzal" metro stansiyasının tikintisi başa çatmaq üzrədir. Movqe.Az bu barədə day.az-a istinadən xəbər verir. Məlumata əsasən, stansiyada artıq bir neçə eskalator, iki ədəd travolator quraşdırılıb. Ancaq işlər tam başa çatmayıb. Stansiyanın keçidlərində müasir işıqlandırma sistemi quraşdırılıb. 

Stansiyada platformanın uzunluğu 144 metr olacaq. Əsas hissədə 7 vaqondan ibarət qatarlar dayana biləcək. Stansiyanın 9 ədəd çıxışı olacaq. 20 ədəd eskalator, 8 ədəd travolator quraşdırılacaq. 

Travolatorların uzunluğu 40-60 metr, eni 1 metr, sürəti isə 0,65 m/s təşkil edəcək. 

Hazırda mövcud olan stansiyalardan fərqli olaraq "Avtovağzal" stansiyasında əlillər üçün liftlər də quraşdırılacaq. Həmin liftlər birbaşa platformaya enəcək. Hündürlüyü 15,2 metr olan liftlərin ağırlıq qaldırma qabiliyyəti 630-1150 kq olacaq. 

Stansiyanın may ayında istifadəyə verilməsi nəzərdə tutulur. 
Sizin Reklam Yeriniz