Əlaqə Arxiv
news Image
2014.01.07
17:40
| A A A
İraqda “Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri qətlə yetirilib

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə "Sky News Arabia" peyk telekanalı xəbər yayıb. "Qafqazlı" ləqəbli Əbu Tafil "Əl-Fəluca əmiri" kimi tanınan Abdulla əl-Canabidən sonra "İraq və Levantada islam dövləti" qruplaşmasında ikinci adam sayılırdı. Qeyd edək ki, İraqın qərbindəki Əl-Anbar əyalətində həyata keçirilən antiterror əməliyyatı zamanı Ə.Tafil ilə yanaşı A.Əl-Canabi də qətlə yetirilib.  

 

Son günlər Əl-Anbar əyalətinin Əl-Faluca şəhərində İraq ordusu və özünümüdafiə sünni batalyonunun döyüşçüləri ilə "İraq və Levantada islam dövləti" qruplaşması arasında  döyüşlər gedir. Ordu şəhərə genişmiqyaslı hücuma hazırlaşır. Bu üzdən də yerli sakinlər Əl-Falucadan təxliyə edilir. 


Sizin Reklam Yeriniz