Əlaqə Arxiv
news Image
2014.01.07
18:47
| A A A
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər test imtahanı verəcəklər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 11-də Vəkillər Kollegiyası ilə birlikdə  Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. 

 TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sənədlərin qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb, müsabiqədə iştirak etmək üçün 706 nəfərin namizədliyi qeydə alınıb.

İki binada təşkil olunacaq imtahan saat 11:00-da başlanır və 3 saat müddətində aparılır. İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri, 60 nəzarətçi-müəllim ayrılıb. İmtahan zamanı namizədlərə 100 sualdan ibarət test tapşırığı təqdim olunacaq. Bunlardan 80 sual namizədlərin hüquq sahəsi üzrə biliyini, 20 sual isə onların məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edəcək.  

Cavablar həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək və nəticələr Vəkillər Kollegiyasına təqdim olunacaq. Namizədlərə bilavasitə sənəd verdikləri komissiyada ballar haqqında arayış veriləcək. Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar.

Sizin Reklam Yeriniz