Əlaqə Arxiv
news Image
2014.01.08
10:30
| A A A
Bakıda 15 yaşlı qız otağında asılmış vəziyyətdə tapıldı

Ötən gün axşam saat 22:20 radələrində Bakının Suraxanı rayonu ərazisində 15 yaşlı gənc özünü yataq otağında asıb. Rayon Polis İdarəsi 31-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, hadisə Əmircan qəsəbəsi, T.Əmirov küçəsində baş verib. Orada yaşayan 15 yaşlı Heybət Əziz oğlu Bağırovun asılmış meyidi yataq otağında tapılıb. Gəncin meyidini anası aşkarlayıb. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunun. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub. Lakin hələlik intiharın səbəbləri bilinmir.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz