news Image
2014.01.08
14:09
| A A A
Bakıda daha bir böyük yol qovşağı istifadəyə veriləcək

Bakıda Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində - Xutor dairəsində yerləşən yol qovşağı kompleksinin tikintisi ilə bağlı layihənin 2014-cü ilin birinci rübündə başa çatdırılması planlaşdırılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, hazırda həmin yol qovşağı kompleksinin tikintisi işləri davam etdirilir.

Yol qovşağı kompleksinə üç tunel və bir yol ötürücüsü daxildir. Hazırda tunellərin ikisində - birinci və ikinci tunellərdə üzlənmə, üçüncü tuneldə torpaq qazma, paralel olaraq Cəlil Məmmədquluzadə küçəsi (keçmiş Papanin küçəsi) istiqamətində üzlənmə işləri həyata keçirilir: "Birinci tunel nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsindən Xutor dairəsinə daxil olmadan Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsi istiqamətinə, ikinci tunel Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə, üçüncü tunel Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən Ə.Salamzadə küçəsinə maneəsiz hərəkətini təmin edəcək.

Yol ötürücü isə Ə.Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin Hüseynbala Əliyev küçəsinə hərəkətini təmin edəcək: "Burada tikinti-quraşdırma işləri, demək olar ki, 80 faiz başa çatıb. Artıq yol ötürücüsünün üzərinə asfalt-beton örtüyü vurulub, məhəccərlər quraşdırılıb. Yalnız müəyyən hissədə işıqlandırma və məhəccərlərin quraşdırılması işləri qalıb. Layihənin bu ilin birinci rübündə başa çatdırılması planlaşdırılır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs