news Image
2014.01.08
17:51
| A A A
AŞPA həmməruzəçilərinin Azərbaycana növbəti səfərinin tarixi məlum olub

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt yanvarın 20-24-də Azərbaycana səfər edəcək.


Bu barədə APA-ya həmməruzəçi Cozef Debono Qrex məlumat verib.

 

Səfər çərçivəsində həmməruzəçilər rəsmi şəxslərlə, habelə siyasi partiyaların nümayəndələri və QHT təmsilçiləri ilə görüşlər keçirəcək. AŞPA həmməruzəçilərinin səfərinin məqsədi Azərbaycanın Avropa Şurası qarsında götürdüyü öhdəlikərin yerinə yetirilməsini müşahidə etməkdir.

 

Həmməruzəçinin sözlərinə görə, səfərin proqramı hələlik hazırlanma mərhələsindədir. Bakı ilə yanaşı D.Qrex və P.Aqramunt bölgələrə də səfər etmək niyyətindədir.

 

Xatırladaq ki, bu ilin uyun ayında ölkəmizə səfər çərçivəsində D.Qrex və P.Aqramunt Azərbaycanla bağlı ikinci məruzənin hazırlıqlarına başladıqlarını bəyan edib. Onlar bu məruzəni yaxın 2-2,5 ilə yekunlaşdırmağı planlaşdırır.

 

Həmməruzəçilərin Azərbaycanın AŞ qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dair məruzəsi AŞPA-nın yanvar sessiyası çərçivəsində qəbul olunub.