news Image
2014.01.08
22:54
| A A A
AB-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri danışdı

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Malena Mard yaxın perspektiv üçün Azərbaycanla əməkdaşlığın əsas sahələrini açıqlayıb.


APA-nın xəbərinə görə, M. Mard bildirib ki, AB Azərbaycanla üç əsas istiqamət üzrə əməkdaşlıq etməyi planlaşdırır - qanunun aliliyi, regional inkişaf və təhsil: "Biz Azərbaycanla təhsil sahəsində əməkdaşlığı möhkəmləndirmək istəyirik. Daha əvvəl biz Azərbaycanla bu sahədə əsaslı şəkildə əməkdaşlıq etməmişdik. Biz Azərbaycan tərəfi ilə təhsil sahəsində daha sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik".  

 

M. Mard qeyd edib ki, nümayəndəlik peşəkar təlimlərin keçirilməsi, universitetlər arasında tələbə mübadiləsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, məktəbəqədər hazırlıq sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.

 

Xatırladaq ki, M. Mard ötən ilin sonunda Azərbaycana gəlib. O, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində Roland Kobianı əvəz edib.