Əlaqə Arxiv
news Image
2014.01.08
17:05
| A A A
Rafiq Tağının qətli ilə bağlı cinayət işinin icraatı dayandırılıb
Yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə icraat dayandırılıb.

 R. Tağının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov "Facebook" sosial şəbəkəsində status yazıb.

 

O, Baş Prokurorluq tərəfindən adına göndərilmiş məktubun fotosunu da paylaşıb. Həmin məktubda icraatın dayandırıldığı qeyd olunub.

 

Qeyd edək ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

 

Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. 

Sizin Reklam Yeriniz