news Image
2014.01.08
17:10
| A A A
Avropa İttifaqı Azərbaycanla üç əsas istiqamətdə əməkdaşlıq edəcək
Malena Mard Azərbaycanla əməkdaşlığın əsas sahələrini açıqlayıb Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Malena Mard yaxın perspektiv üçün Azərbaycanla əməkdaşlığın əsas sahələrini açıqlayıb. M. Mard bildirib ki, AB Azərbaycanla üç əsas istiqamət üzrə əməkdaşlıq etməyi planlaşdırır - qanunun aliliyi, regional inkişaf və təhsil: 

"Biz Azərbaycanla təhsil sahəsində əməkdaşlığı möhkəmləndirmək istəyirik. Daha əvvəl biz Azərbaycanla bu sahədə əsaslı şəkildə əməkdaşlıq etməmişdik. Biz Azərbaycan tərəfi ilə təhsil sahəsində daha sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik". 

M. Mard qeyd edib ki, nümayəndəlik peşəkar təlimlərin keçirilməsi, universitetlər arasında tələbə mübadiləsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, məktəbəqədər hazırlıq sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Xatırladaq ki, M. Mard ötən ilin sonunda Azərbaycana gəlib. O, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində Roland Kobianı əvəz edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs