Əlaqə Arxiv
news Image
2014.01.09
11:34
| A A A
İranda subayların yazışması qadağan edildi!

İran yenə çox fərqli bir qanun qəbul edib. İran , subayların internetdə yazışmasını qadağan edib. İranın bu cür qərarları artıq qarışıqlıq yaratmır. Alınan bu qərara əməl etməyənləri ciddi cəzalar gözləyir. Movqe.Az "english.alarabiya.net"ə istinadən xəbər verir ki, İran dini lideri Ayətullah Əli Xameneyi yayınladığı fətva ilə İranda subay qadın və kişilərə çatlaşmağı qadağan edib. O, öz internet səhifəsindəki fətvada , subay qadın və kişi arasındakı söhbətin , "əxlaqsızlıq"olduğunu səbəb göstərərək , söhbətin dərhal qadağan ediləcəyini deyib. Xameneyinin fətvası xüsusilə də ağıllı telefonlardakı söhbət proqramlarını əhatə edir.


Xatırladaq ki, İran kiber Cinayətlərlə Mübarizə Təşkilatı keçən həftə sonu , ağıllı telefonlardakı Viber və Tango kimi tətbiqlərin qadağan ediləcəyini bildirmişdi. Xameneyinin fətvası da bu tətbiqə dəstək verdiyini göstərir.

Sizin Reklam Yeriniz