news Image
2014.01.09
12:47
| A A A
Dərman vasitələrinin qeydiyyatı üçün sənəd qəbulu www.e-gov.az-la asanlaşdı
Səhiyyə Nazirliyi "Elektron hökumət" portalına yeni e-xidmətlər inteqrasiya edib.Nazirlikdən Movqe.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyi "Elektron hökumət" (www.e-gov.az) portalı vasitəsilə iki elektron xidmətini istifadəçilərə təqdim edib. Bu e-xidmətlərə "Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu", "Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu", "Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və "Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətləri daxildir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs