news Image
2014.01.10
13:27
| A A A
Rusiyada terror qorxusu

Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən Stavropol bölgəsində dörd fərqli vasitədə silahla öldürülən beş cansız bədən tapılıb.

Movqe.Az xəbər verir ki, fevral ayında Qış Olimpiadalarının keçiriləcəyi Soçidə yerləşən bölgənin sahilində reallaşan bu hücumlar ölkənin terrorizm əleyhinə əməliyyat başlatmasına yol açıb. Stavropolun cənubunda yerləşən iki bölgədə həyəcan təbili çalınıb. Polis hadisələrin əlaqəli olub-olmadığını araşdıran zaman vasitələrdən ikisinə bubi tələsi qurulduğu deyilib. Təhlükəsizlik qüvvələri vasitələrdən birinə yaxınlaşarkən bomba partlayıb , hadisədə yaralanan olmayıb. İkinci partlayıcı maddə isə məhv edilib.

Polis , hadisələrlə bağlı şübhələndikləri üç nəfərin adını açıqlayıb. Şübhəlilərdən ikisinin bir cinayətdən ötəri axtarılan islamçılar olduğu iddia edilib. Ötən həftə Volgograd şəhərində iki bombalı sui-qəsd hücumunda 34 nəfərin həlak olması təhlükəsizlik qüvvələrinin fəaliiyətini artırmışdı. Dövlət Başçısı Vladimir Putin , terrorizmlə sona qədər mübarizə aparacaqlarını söyləyib. 7 Fevralda başlayacaq Olimpiadalardan əvvəl, çərşənbə axşamı günü Soçidə 37 min polis vəzifələndirilib. Rusiya xüsusilə Şimali Qafqaz bölgəsində İslamçı xadimlərin hücum hazırlamasından narahatdır. Ötən dekabr ayında Stavropolda təşkil edilən bir hücumda  polis məmuru ölmüşdü.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs