news Image
2012.06.01
15:14
| A A A
Onlayn alış-veriş fırıldaqçılarından necə qurtarmaq olar?

Movqe.Az bildirir ki, Dünya əhalisinin çoxu onlayn alış-veriş edərkən fırıldaqçılıqla üzləşir. "Swinburne University of Technology" tərəfindən yayımlanan "Dünya İnternet Layihəsi" 2011-ci ildə avstraliyalıların 78 faizinin ən az ayda bir dəfə onlayn mal aldığını bildirib. ABŞ və Avropada isə faizlər daha da yüksəkdir.

Avstraliyalılar dünyanın ən çox onlayn alış-veriş edən millətlərindən biridir, amma onlar hələ də hər il onlayn satıcılarının fırıldaqçılığı nəticəsində milyonlarını itirirlər.  

Svinburnda Yaradıcı Sənaye və İnnovasiya Mərkəzinin baş elmi işçisi Skot Evinq bildirib ki, "Göstərilən nəticələr heç də avstraliyalıların pullarının çoxunu onlayn alış-verişinə sərf etdiyini bildirmir, amma insanların çoxu onlayn alış-veriş edir desək yanılmarıq."

Satıcıların çoxu qabaqcdan alıcıdan ödəməni xahiş edərək insanları aldadırlar. Buna görə də ehtiyatlı olmaq vacibdir. Belə ki, bir sıra qaydalara diqqət etmək lazımdır:

Birinci, kimdən bazarlıq etdiyinizə tam əmin olun.

İkinci, tam əmin olun ki, siz təhlükəsiz internet səhifəsindən alış-veriş edirsiniz. Bunun üçün, səhifə brauser barında qıfıl şəkli göstərməlidir.

Bundan əlavə, sizdən nə qədər şəxsi məlumat soruşulduğuna diqqət yetirin.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs