news Image
2014.01.13
19:44
| A A A
Müəllimlər mükafatlandırılacaq

Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması üçün işlərə başlanılır. Movqe.az-a Təhsil Nazirliyinin rəsmi saytına istindən xəbər verir ki, Azərbaycan hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətin məqsədi müxtəlif beynəlxalq perspektivləri nəzərə almaqla müəllimlər üçün fəaliyyətə əsaslanan əməkhaqqı və mükafatlandırma sisteminin tərtib edilməsindən ibarətdir. Xidmətin icra müddəti 12 aydır. Azərbaycan Təhsil Nazirliyi qeyd olunan xidmətin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Məsləhətçi təşkilatın xüsusilə təhsil sahəsində beynəlxalq donorlar və yerli hökumət tərəfindən maliyyələşən layihələrdə iş təcrübəsi olmalıdır. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs