news Image
2014.01.14
11:06
| A A A
Birinci xanım xəstəxanada qalacaq?

Prezident Hollande haqqında çıxan xəbərlərdən sonra xəstəxanaya qaldırılan Fransanın birinci xanımı Valerie Trierveiler hələ də oradadır. Movqe.Az xəbər verir ki, onun bazar ertəsi xəstəxanadan çıxması gözlənilsə də, həkimləri daha çox istirahət etməsini məsləhət görüb. Xatırladaq ki, birinci xanım "Closer" jurnalında Prezident Hollandenin aktrisa Culi Qayetlə çıxan  məlumatlardan sonra cümə günü xəstəxanaya qaldırılmışdı. Cənab Hollande eşq macərasını inkar etməsə də, bunu şəxsi həyatına müdaxilə kimi qiymətləndirib. Xanım Trierveillerlə Prezident 2007-ci ildən bərabərdirlər. Bugün Prezidentin yeni konfrans keçirəcək. Müxbirlərin fikirlərinə görə, konfransda cəab Hollandenin şəxsi həyatıyla bağlı məsələlərin də müzakirə olunması gözlənilir. Cümə günü "Europe1" kanalına açıqlama verilib: "Xanım Trierveillerin nə vaxt xəstəxanadan çıxarılacağına həkimlər qərar verəcək. Onun yaşadığı şoku unutması üçün müalicəyə ehtiyacı var". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs