news Image
2014.01.14
11:31
| A A A
Ötən il Azərbaycanda 1800 uşaq ölüb
Ötən il Azərbaycanda 172 mindən çox uşaq dünyaya gəlib, 1, 8 min körpə isə dünyasını dəyişib. 

Bu barədə Dövlət Statistika Komitəsinin AzVision.az-ın sorğusuna cavabında bildirilib. Komitədən verilən məlumata görə, bu göstərici ötən il ərzində qeydə alınıb. "2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, onlardan ölənlərin sayı 1,8 min nəfər təşkil edib". Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə isə son 3 illə müqayisədə bu il 1 yaşa qədər körpələr arasında ölüm faktı azalıb. Belə ki, 2011-ci ildə 1903 körpə ölüb. 2012 – ci ildə isə 1884 körpə ölümü qeyd alınıb. Bu isə hər 1000 nəfərə 10,8 nəfər deməkdir. 2013 –cü ilin 6 ayı ərzində 900 nəfər 1 yaşa qədər körpə dünyasını dəyişib. Ölkədə 2011-ci ildə ölən 1903 körpədən 1536 nəfəri şəhər, 367 nəfər isə kənd yerlərinin payına düşür. 2012-ci ildə isə tələf olan 1884 körpədən 1524-ü şəhər, 360-ı isə kənd yerlərindən olan uşaqlar təşkil edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs