news Image
2012.06.01
16:26
| A A A
“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” Suraxanıda təntənəli qeyd edildi

Movqe.Az xəbər verir ki, 1 iyun 2012-ci il tarixdə "Uşaqları Beynəlxalq Müdafiə Günü" münasibəti ilə Suraxanı rayonunda çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilib.

Heydər Əliyev Fondu tərəfindən tikilmiş Xüsusu qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzində təşkil olunmuş ümumrayon tədbirinə 2 saylı Uşaq Evində, 7 saylı Əqli cəhətdən qüsurlu uşaqlar üçün İnternat məktəbində, Oriqami Reablitasiya mərkəzində, "Autizm" mərkəzində tərbiyə alan uşaqlar, aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və kiçik yaşlı məktəblilər dəvət olunub.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları "1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü" münasibəti ilə təbrik etdi və bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq müdafiə günü on illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

İlqar Abbasov xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur.

Gərək hər bir valideyn uşağına və təkcə öz uşağına yox, ümumiyyətlə, uşaqlara qayğını, diqqəti özünün həm borcu, həm də müqəddəs vəzifəsi kimi qəbul etsin və ona riayət etsin, yerinə yetirsin.

Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış etdi. Sevinc Fətəliyeva da ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının bədii kollektivləri, həmin mədəniyyət saraylarında dərnəklərdə məşğul olan uşaqlar, uşaq bağçalarının uşaqları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Çoxsaylı uşağın iştirak etdiyi şənlik uşaqların sevinci ilə qarşılandı. Bayram şənliyində Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, müəssisələrinin rəhbərləri iştirak edirdilər.

Tədbirin sonunda "McDonalds" şirkətinin uşaqlara göndərdiyi yeməklər onlara paylanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs