Əlaqə Arxiv
news Image
2012.06.01
17:28
| A A A
Uşaqların Beynəlxalq Müdafiəsi günü Səbail rayonunda geniş qeyd olunub
Heydər Əliyev: «Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi ondan asılı olacaqdır»

1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.

Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur. 

Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.  1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə  Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.

Tədbirlər planına uyğun olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı  "Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteartrında Uşaq filmləri həftəsi təşkil olunmuş,   bir həftə ərzində hər gün 200 nəfər uşağa pulsuz 3 D həcmli uşaq filmləri nümayiş etdirilmiş, bayram ərəfəsində  RİH tərəfindən rayonun müxtəlif orta təhsil müəssisələrində təhsil alan 150 nəfər uşağın "Vətən" gəmisi ilə Xəzər dənizinin Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. 

Bayramla əlaqədar Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Monte-Kristo" şadlıq sarayında   əlil və sağlamlığı məhdud olan, İcma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilin, müxtəlif uşaq evlərində tərbiyə alan, həmçinin  rayonun aztəminatlı ailələrinin uşaqları üçün əyləncəli bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır.  Bayramın tarixçəsindən danışan A.Əsgərov bildirilmişdir ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.

Qeyd olunmuşdur ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar. 

Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə başçısının "2009-cu ilin Uşaq ili elan olunması ilə bağlı" Sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.

Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın  gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, 40-dan çox  körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur.

Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi  mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.   

Tədbirdə  populyar müğənnilər Azəri qızı Günel, Tünar, "Qala" qrupu və başqalarının  ifasında konsert proqramı, şən rəqslərlə yanaşı,  həm də uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr paylanmışdır.

Sizin Reklam Yeriniz