Əlaqə Arxiv
news Image
2014.01.14
20:19
| A A A
ABŞ-lı jurnalist Rusiyadan deportasiya edildi

Keçmişdə "Financial Times" üçün müxbir olaraq çalışan, Rusiya və Sovetlər Birliyi mövzularında üç əhəmiyyətli kitab qələmə alan hörmətli ABŞ-lı jurnalist Deyvid Satter Rusiyadan deportasiya edilib. Beləcə Satter , Soyuq müharibə başa çatdıqdan bu yana Rusiyadan göndərilən ilk Amerikalı jurnalist olub. Movqe.Az xəbər verir ki, Sattera Rusiyaya girişinin qadağan edildiyi dekabrın sonunda , Milad günü bildirilib. 2013-cü ilin sentyabrndan bəri Moskvada yaşayan Satter , bu tarixdə vizasını yenilətmək üçün Ukraynanın paytaxtı Kiyevə gedib. Burada diplomat Aleksi Grub ona əvvəldən hazırlanmış bir şərhi bildirib. Şərhdə bu ifadələr verilib: " Səlahiyyətli təşkilatlar Rusiya Federasiyası torpaqlarındakı varlığınızın istənmədiyinə qərar vermişdir. Rusiyaya girişiniz qadağan edilmişdir."

Guardiana görə şərhdə keçən " səlahiyyətli orqanlar" Rusiya kəşfiyyat təşkilatı FSB-yə işarə edir. Qəzet bu cür ifadələrə ümumiyyətlə agentlik ittihamlarıyla əlaqədar istifadə edildiyini bildirib.



Sizin Reklam Yeriniz