news Image
2012.06.01
16:42
| A A A
ATV-nin fəaliyyətinin dayandırıldığı haqqında xəbər yayılıb

"Vətəninfo.az" saytının yaydığı xəbərə görə Azad Azərbaycann Telekanalı (ATV) fəaliyyətini dayandırıb.

Hazırda kanal efirdə yayımlanmır. Yayılan məlumatlarda oda bildirilir ki, ATV-nin bütün əməkdaşları hüquq-mühafizə orqanları tərəfindən sorğu-sual edilir.
Modern.az saytı məsələ ilə bağlı telekanalın yeni rəhbəri Vüqar Qaradağlı ilə əlaqə saxlayaraq, ondan münasibət öyrənməyə çalışıb.

V.Qaradağlı Saytın suallarını cavablandırmaqdan imtina edərək bundan sonra mətbuata müsahibə vermək istəmədiyni vurğulayıb.
"Mən qərara almışam ki, bundan sonra heç kimə müsahibə verməyim. Demədiyim sözləri də müxtəlif formalarda yazırlar. Odur ki, bundan sonra heç kim məndən müsahibə istəməsin. Buna mənim vaxtım yoxdur. Bundan vacib işlərim var".
V.Qaradağlı məsələ ilə bağlı açıqlama vermək istəməsə də, ATV-nin adının çəkilməməsini istəyən əməkdaşları proqram və kadr siyasətində islahatların planlaşdırıldığını qeyd ediblər.
Qeyd edək ki, ATV məhz yüngül verilişlərinin çoxluğuna görə daim müxtəlif kəsimin tənqidinə məruz qalan telekanal olub.
Vüqar Qaradağlı ATV-yə mayın 14-dən rəhbərlik edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs