news Image
2014.01.14
18:50
| A A A
«Şeytan çarxı» sınaqdan keçirilir

Bakı şəhərinin Dənizkənarı Milli Parkında tikilmiş Avropanın ən hündür karusellərindən biri - "Şeytan çarxı" yaxın vaxtlarda istifadəyə veriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında bildirib ki, hazırda bulvarda karuseli quran Niderlandın "Dutch Wheels BV" şirkəti atraksionun sınaq işlərini həyata keçirir. "Bu şirkət Avropanın atraksion sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən biridir. İndi onlar "Şeytan çarxı"nın sınaq işlərini aparırlar. Bu işlər yekunlaşdıqdan sonra karusel yaxın vaxtlarda istifadəyə veriləcək", - deyə N.Məcidov bildirib.  Xatırladaq ki, bu karuselin hündürlüyü təxminən 70 metr, diametri isə 60 metrdir. Karuselə qoşmaq üçün 30 ədəd vaqon gətirilib. Hər bir vaqonda 8 nəfər, ümumilikdə isə 240 nəfər əyləşə bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs