news Image
2014.01.14
20:07
| A A A
Əlillərə protez qoyulacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət 2 səyyar tibbi-texniki briqada növbəti dəfə respublikanın cənub bölgəsində yaşayan əlilləri protez-ortopedik xidmətlə təmin edəcək. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən xəbərə görə, bu məqsədlə briqadalardan biri yanvarın 17-də nazirliyin Lənkəran rayonundakı Əlillərin Regional Bərpa Mərkəzində, digəri isə yanvarın 18-də Masallı rayon mərkəzi xəstəxanasında olacaq. İki gün ərzində bölgədəki Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopediya məmulatlarına ehtiyacı olan ümumilikdə 170 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa xidmət göstəriləcək.   Ötən ay briqadalar tərəfindən Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan 100 nəfərdən çox əlil şəxsə xidmət göstərilib. İl ərzində səyyar protez-ortopediya xidməti ölkənin bütün bölgələrini əhatə edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs