Əlaqə Arxiv
news Image
2014.01.15
11:35
| A A A
Nazirin işdən çıxardığı mətbuat katibindən açıqlama

Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin  müdiri İlham Məmmədov tutduğu vəzifədən azad olunub. İlham Məmmədov Movqe.az saytına xəbəri təsdiqləyərək öz ərizəsi ilə işdən azad olunduğunu söyləyib: "Bəli xəbər doğrudur. Amma inşallah hər şey yaxşı olacaq. Başqa dövlət qurumlarından iş təklifləri almışam. Yəqin ki birini dəyərləndirəcəm". Hazırda Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin rəhbəri vəzifəsi  boşdur. Qeyd edək ki, İlham Məmmədov 2007-2008-ci illərdə "Yeni İqtisadiyyat" jurnalında informasiya şöbəsinin müdiri və "Ekspert" jurnalinda analitik kimi çalışıb. 2000--2010 illər ərzində "Azadinform" İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib. 2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdirinin müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib. 2012-ci ildən ötən günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdiri vəzifəsində fəaliyyətimi davam etdirib.

Sizin Reklam Yeriniz