Əlaqə Arxiv
news Image
2014.01.15
13:23
| A A A
Bakıda küçə ticarəti, qəzet və jurnalların səyyar satışı qadağan olunub

Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib.

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən APA-ya verilən məlumata görə, bu qərar Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini və şəhərdə dünya standartlarına uyğun ən müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılması nəzərə alınaraq qəbul edilib.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.

Sizin Reklam Yeriniz