news Image
2014.01.15
21:17
| A A A
"ASAN xidmət"də çalışanlar 2,6 milyon manat mükafat alıblar

"ASAN xidmət" mərkəzlərində vətəndaşlara göstərilən xidmətin müqabilində ödənilən rüsumların ümumi həcmi açıqlanıb. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

2013-cu il ərzində "ASAN xidmət" mərkəzlərinə vətəndaşlara göstərilən xidmətin müqabilində daxil olan ümumi rüsumun həcmi 8 milyon 615 min 74 manat 62 qəpik təşkil edib. Bunun 70%-i, yəni 6 milyon 30 min 552 manat 23 qəpiyi dövlət büdcəsinə keçirilib.

Ödənilən rüsumların 30%-i, yəni 2 milyon 584 min 522 manat 39 qəpik Dövlət Agentliyinə qalıb.

Rüsumların ödənilməsindən qalan bütün vəsait Agentliyin 253 əməkdaşı və 1, 2, 3 saylı "ASAN xidmət" və Sumqayıt "ASAN xidmət" mərkəzlərinin 313 əməkdaşına mükafat şəklində təqdim olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs