news Image
2014.01.15
18:37
| A A A
“Şəfa-broyler”in müdirinin ölüm xəbəri yalan çıxdı
"Şəfa-broyler"in müdirinin ölüm xəbəri yalan çıxdı. "Qafqazinfo"ya Suraxanı polis bölməsindən verilən məlumata görə, ölüm xəbəri yayılan və "Şəfa-broyler"in müdiri kimi təqdim olunan Taleh Tağıyev Hövsan Südçülük Sovxozunun işçisidir. O, dünən  sözügedən şirkətin işçisi Ramiz Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobilin arxaya verməsi nəticəsində həlak olub.Qeyd edək ki, bu gün DİN-in saytında "Şəfa-broyler"in müdirinin faciəvi şəkildə həlak olması ilə bağlı məlumat yayılmışdı. Məlumatda qeyd olunurdu ki, yanvarın 14-də Suraxanı rayonundakı "Şəfa-broyler" şirkətinin  ərazisində, oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb. T.Tağıyevi hadisə yerində ölüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs