Əlaqə Arxiv
news Image
2014.01.15
18:46
| A A A
Nazir müavini: "Çatışmazlıqlar var"

Bu gün ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nın icrası üzrə Səhiyyə Nazirliyinin 2014-cü il üçün iş planını müzakirə etmək məqsədi ilə müşavirə keçirilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, müşavirəyə rəhbərlik edən nazir müavini Elsevər Ağayev ölkə rəhbərinin xüsusi diqqət yetirdiyi korrupsiyaya dair mübarizə işi, habelə acıq hökumətin təşviqi məsələlərinə dair hər il Səhiyyə Nazirliyində müxtəlif tədbirlərin həyata keçirildiyini və görülmüş işlərlə əlaqədar müvafiq plan hazırlanaraq dövlətə hesabat verildiyini qeyd edib.  E. Ağayevin sözlərinə görə, istər korrupsiya ilə mübarizə məsələlərində, istərsə də digər tədbirlər planına salınmış məsələlərlə əlaqədar dövlət qurumlarına hər il müvafiq tapşırıqlar verilir, hesabatlar tələb olunur və çatışmazlıqlarla əlaqədar tədbirlər görülür. Nazir müavini qeyd edib ki, səhiyyə sektoru da bu mövzudan kənarda qalmayıb. Görülən çoxsaylı işlərə rəğmən bəzi çatışmazlıqlar var. Bu baxımdan da hər ilin əvvəlində, yaxud da ilin sonunda görülmüş və görüləcək işlərə dair Səhiyyə Nazirliyi iş planını dövlətə təqdim edir.  Bildirilib kİ, hazırda "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə Milli Fəaliyyət Planı"nın icrası üzrə Səhiyyə Nazirliyinin 2014-cü il üçün iş planı hazırlanır. Müşavirə iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlər müzakirə olunub.

Sizin Reklam Yeriniz