news Image
2014.01.15
19:20
| A A A
Nazir müavini Qarabağ qaziləri ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov "Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədovu, sədr müavini Firudin Məmmədovu, birliyin rəhbərliyində təmsil olunan Rizvan Vəliyev, Yaşar Qazıyev və Rey Kərimoğlunu qəbul edib.

"Qarabağ qaziləri" birliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iştirak edən Qarabağ qaziləri Azərbaycan dövlətinin, o cümlədən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, həyata keçirilən dövlət proqramlarından danışıb, bu qəbildən olan insanların həlli vacib problemlərini müzakirə ediblər. Qarabağ qaziləri bir müddət əvvəl hazırlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərilən - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirib əlil olmuş şəxslərin – Qarabağ qazilərinin sosial problemlərinin həllinə dair təklifləri Baş nazirin müavininə təqdim ediblər.


Qazilərin qayğı və təkliflərini dinləyən Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla dövlətin bu qəbildən olan insanlara diqqət və qayğısından söz açıb və gələcəkdə də onların problemlərinin həlli istiqamətində, imkan daxilində, bütün zəruri addımların atılacağını bildirib.


Qarabağ əlillərinin, veteranların və şəhid ailələrinin problemi müzakirə edilən görüşdə müharibə adamlarının problemlərinin həlli üçün Qeyri - Hökumət - Təşkilatlar ilə dövlət orqanlarından ibarət birgə işçi qrupunun yaradılması da müzakirə edilib.


Əli Əhmədov sonda bildirib ki, belə görüşlərin sistemli halda və ildə iki dəfə keçirilməsi daha səmərəli olardı. O, müzakirələrlə bağlı dövlət başçısına məruzə ediləcəyini də qeyd edib.


Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da iştirak edib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs