news Image
2014.01.16
10:36
| A A A
20 yanvar günü ilə əlaqədar Nizami Kino Mərkəzində pulsuz film nümayişi olacaq

Tamaşaçılar yanvarın 16-dan 22-dək hər gün saat 12:20-dən etibarən "Fəryad" filminə pulsuz baxa bilərlər

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar "Fəryad" filmi nümayiş olunacaq.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan bu filmə tamaşaçılar yanvarın 16-dan 22-dək hər gün saat 12:20-dən etibarən pulsuz baxa bilərlər.


Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor və baş rolun ifaçısı mərhum Ceyhun Mirzəyev olan bu ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.


Filmdə "Ögey ana" filminin baş qəhrəmanı balaca İsmayıl indi böyümüş, ailə sahibi olub. İsmayıl Hüseynov batalyon komandiri kimi torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda mərdliklə vuruşur və əsir düşür. Bütün hadisələr də bundan sonra baş verir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs