news Image
2014.01.16
14:06
| A A A
Nazirlikdən hava xəbərdarlığı

Bu ilin yanvar ayı ərzində ayrı-ayrı günlərdə havanın temperaturu aylıq iqlim normasından yüksək olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, yanvarın 10-dan bu günə kimi Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperaturlar qeydə alınır. Onun sözlərinə görə, ən yüksək temperatur yanvarın 13-də qeydə alınıb. Həmin gün Bakı və Abşeron yarımadasında havanın temperaturu 11-14 dərəcə arasında olub ki, bu da iqlim normasından 4,6 dərəcə yüksəkdir. A.Verdiyev qeyd edib ki, bu gün də müşahidə olunan hava şəraiti nəticəsində havanın iqlim normasından yüksək olacağı gözlənilir: "Havanın temperaturu ayrı-ayrı günlərdə iqlim normasından yüksək olsa da, anomal istilər qeydə alınmayıb. Yanvar ayında belə temperaturlar əvvəlki illərdə də müşahidə olunub. Əgər əvvəllər belə temperatur qeydə alınmasaydı, bu il üçün anomal isti hesab olunardı. Hazırda ölkə ərazisində qış fəsli üçün xarakterik olan temperaturlar qeydə alınır. Bu ilin yanvar ayı ərzində anomal istilərin olacağı gözlənilmir". A.Verdiyev qeyd edib ki, son 20 il ərzində yanvar ayında ən yüksək temperatur 2010 və 2013-cü ildə qeydə alınıb. Həmin illərdə havanın temperaturunun 19 dərəcə olduğunu deyən baş hidroloq bildirib ki, 2011-ci ildə də yüksək temperatur qeydə alınıb və bu da 17 dərəcə olub: "Bu il ölkə ərazisində anomal isti temperatur qeydə alınmayacaq. Çünki son 20 il ərzində qeydə alınan ən yüksək temperatur 19 dərəcə olub. Bu ilin yanvar ayında isə havanın temperaturu 10-15 dərəcə arasında dəyişəcək". Onun sözlərinə görə, son 20 ildə ilk dəfə isti və mülayim yanvar ayı 2004-cü ildə qeydə alınıb. A.Verdiyev vurğulayıb ki, həmin il havanın orta aylıq temperaturu iqlim normasından 2,4 dərəcə yüksək olub. Ən soyuq yanvar ayı isə 2008-ci ildə qeydə alınıb. 2008-ci ildə Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu -8,7 dərəcə olub. Belə ki, 2008-ci il yanvarın 7-8-də hava şəraiti kəskin dəyişib və Bakıda hündürlüyü 44 sm olan qar müşahidə olunub. Son 117 ildə isə Bakı və Abşeron yarımadasında ən yüksək temperatur isə 1979-cu ildə qeydə alınıb və havanın temperaturu 22,3 dərəcə olub.  Baş hidroloq əlavə edib ki, qon illər iqlim dəyişmələri ilə əlaqədar qış fəslində hava şəraitinin mülayim və isti keçməsi yalnız Azərbaycana deyil, bütün region ölkələrinə də təsir edir. Onun fikrincə iqlim dəyişmələri qlobal çərçivədə bütün regiona öz təsirini göstərir. Əvvəldən verilən proqnozların özünün doğruldub-doğrultmaması məsələsinə gəlincə A.Verdiyev qeyd edib ki, dünyada gündəlik proqnozlar daha doğru şəkildə özünü doğruldur: "3 günlük proqnozlar özünü daha çox doğruldur, nəinki uzunmüddətli. Fəsillik proqnozlar isə yalnız məsləhət xarakterli olur". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs