news Image
2014.01.16
18:07
| A A A
Azərbaycan və Vyetnam arasında təhsil sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə olunub

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın təhsil və təlim naziri Fam Vu Luan ilə görüşüb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Həmçinin Sovet İttifaqı dövründə minlərlə vyetnamlı gəncin Azərbaycan universitetlərində, xüsusilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universitetində təhsil aldığı vurğulanıb, hazırda həmin məzunların Vyetnamın özəl və dövlət sektorlarında müxtəlif vəzifələrdə çalışdığı qeyd olunub.

Bu ənənənin müasir dövrdə də davam etdiyi bildirib və hazırda Vyetnamın "PetroVyetnam" şirkətinin xətti ilə 33 nəfər vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığı diqqətə çatdırıb.

Görüş zamanı tərəflər iki ölkə arasında təhsil sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi üçün təhsil üzrə mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsi, təhsil sərgilərinin təşkil olunması, hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulması, təhsil sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda tərəflər səfirliklə nazirlik arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs