Əlaqə Arxiv
news Image
2014.01.17
18:04
| A A A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycan gəncləri ölkə xaricindəki müharibələrdə iştirak etməməlidir”

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov dünyadakı müharibə ocaqlarına döyüşmək üçün gedən azərbaycanlılara müraciət edib. APA-nın məlumatına görə, E. İskəndərov jurnalistlərə açıqlamasında həmin şəxslərə xitabən bildirib ki, enerjilərini yalnız milli-mənəvi dəyərlər uğrunda xərcləsinlər, xarici ölkələrdə, yanlış yerlərdə yox.

 

E. İskəndərov deyib ki, Azərbaycan gənclərinin hansısa xarici ölkəyə gedib dini müstəvidəki münaqişələrə qatılması xoşagəlməz haldır, milli-mənəvi dəyərlərə ziddir: "Gənclərimizə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimiz nümunə olmalıdır, başqa çağırışlar yox. Gənclərimizin bütün enerjisi ancaq Azərbaycanın milli maraqlarına xidmət etməlidir, onlar məqsədləri bəlli olmayan, yad çağırışlar əsasında baş verən münaqişələrə qatılmamalıdır. Onlar ali baş komandanın əmri əsasında torpaqlarımızın işğaldan azad olunmasına hazır olmalıdırlar. Gənclərimizin enerjiləri ancaq buna sərf olunmalıdır. Bundan başqa istənilən çağırışlara sərf olunan enerji milli maraqlarımıza ziddir".

 

Komitə sədri onu da qeyd edib ki, səbəbindən asılı olmayaraq istənilən zərərli dini çağırışlar olarsa, komitə və hüquq-mühafizə orqanları bunun aradan qaldırılması üçün lazım olan bütün tədbirləri görəcək.

Sizin Reklam Yeriniz