news Image
2014.01.17
18:07
| A A A
"Smart News" nəşri: "Azərbaycanın birinci xanımının geyim tərzi həm gözəlliyi, həm də ciddiliyi ilə fərqlənir"

UNESCO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyeva həm ziyafət paltarlarında, həm də işgüzar kostyumlarda gözəl görünür. Trend AzərTAc-a istinadən məlumat verir ki, bu sözlər "Smart News" internet nəşrində dərc edilmiş "Dünyanın ən yüksək zövqlə geyinən beş birinci xanımı" adlı məqalədən götürülmüşdür.

Məqalədə deyilir: "Dəblə geyinən məşhurların siyahılarında Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın adı Hollivud ulduzlarından heç də az çəkilmir. Tənqidçilərin fikrincə, Azərbaycanın birinci xanımının geyim tərzi həm gözəlliyi, həm də ciddiliyi ilə fərqlənir. Onun obrazlarında vulqarlıq və brendlərin təsiri hiss olunmur. O, qara rəngə və müasir klassikaya, ciddi siluet cizgilərinə üstünlük verir. Rusiyada çıxan populyar "Allure" moda gözəllik jurnalının versiyasına görə 2013-cü ildə Mehriban xanım Əliyeva dünyanın ən yüksək zövqlü birinci xanımlarının siyahısına başçılıq edir".

"Smart News" nəşrində dərc edilən məqalə müəllifinin fikrincə, dünyanın ən yüksək zövqlü beş birinci xanımının siyahısına, həmçinin ABŞ Prezidentinin xanımı Mişel Obama, İordaniya kraliçası Raniyə, Çin Xalq Respublikası Sədrinin xanımı Si Tszinpin və Suriyanın birinci xanımı Əsma Əsəd daxildir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs