Əlaqə Arxiv
news Image
2014.01.18
17:16
| A A A
Azərbaycan prezidenti Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub, Xidmətin idman kompleksinin açılışında iştirak edib.


Movqe.az prezidentin rəsmi internet saytına istinadən məlumat verib.


Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Daha sonra dövlət başçısı hərbi şəhərcikdə Heydər Əliyevin abidəsini ziyarət edib, XDMX-nin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.


Dövlət başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulub, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa edilib. Yeni tikilən beşmərtəbəli iki binada xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Buradakı bütün idman qurğuları yenilənib.


XDMX rəisi Vaqif Axundov məlumat verib ki, 8 min kv. metr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait var.


Prezident XDMX əməkdaşlarının istifadəsində olan xüsusi geyim formalarına və ləvazimatlarına baxıb. Qeyd olunub ki, bu avadanlıqlar vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyüter saatı, həmçinin nəfəs tənzimləyici, məsafəölçən, siqnal gücləndirici, sualtı video çəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıqlar əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir. Kompleksdə müasir avadanlıqla təchiz olunan tibb məntəqəsi də fəaliyyət göstərir.


Kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra prezident XDMX-nin şəxsi heyəti ilə görüşüb.

Sizin Reklam Yeriniz