news Image
2014.01.18
18:50
| A A A
Nazir ərzaqla bağlı tapşırıq verdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin əsaslı təmir edilmiş inzibati binasının açılış mərasimində iştirak ediblər. Müdafiə Nazirliyinin rəhbərliyi binanın birinci mərtəbəsindəki Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər. Binada yerləşən İdarə, şöbə, xidmət və bölmələrin xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanış olunub, şəxsi heyətin iş yerlərindəki şərait öyrənilib.Sahəsi 3 hektar ərazini əhatə edən inzibati binanın təmirinə 2013-cü ilin noyabr ayında başlanılıb. Ümumi sahəsi 3090 kv.m olan bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib və bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Bundan əlavə ərazidə müasir tələblərə cavab verən yeməkxana da istifadəyə verilib.Binanın açılışı və ərazi ilə tanışlıqdan sonra rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ümumi zalda Maddi Texniki Təminat Baş İdarəsinin zabit heyəti ilə görüş keçirilib.Müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs