Əlaqə Arxiv
news Image
2014.01.19
10:00
| A A A
20 yanvar günü Bakıda hava dəyişəcək
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, günün ikinci yarısından başlayaraq yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcək. Qeyri-sabit hava şəraiti yanvarın 22-dək davam edəcək. Azərbaycanın rayonlarında 20 yanvar günü hava şəraitinin qeyri-sabit keçəcəyi, səhər əsasən şimal rayonlarında, axşama doğru isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcək.
Sizin Reklam Yeriniz