Əlaqə Arxiv
news Image
2014.01.19
16:02
| A A A
Anticəsusluq partkı
"Başınızın üstündə Tanrı var” deməyə tələsməyin

Corc Oruelin məşhur əsəri-"1984"-lə silahlanıb Stalin tiraniyası üzərinə gələnlər indi özləri dünyanın mühakiməsi qarşısındadılar. Diktatura rejimi deyib də sovet cəmiyyətinin daxili eybəcərliyini, hökm sürən kütləvi güdükçülüyü və şüurlara hakim kəsilən NKVD-çiliyi lənətləyən,insanların psixoloji inkubatorlardan çıxmış və vahid qəlibdə bolşevizmi,partiya qələbələrini vəsf edən robot varlıqlara çevrildiyi yüksək bir istedadla təsvir edən Qərb ədəbi qəhrəmanları görəsən indi qəbirləində çevrilmirlər ki? Britaniya qəzeti "Qardian"ın bu günkü məlumatı çoxsaylı informasiya bumu içərisində əriyib yox oldu.Həmin xəbər Amerikanın Təhlükəsizlik Agentliyinin bir gündə 200 min mesajı qəbul etdiyini,telefonların total nəzarət altında olduğunu və coğrafi məkan olaraq hər bir qitənin əhatə edildiyini sübutlarla ortaya qoyub.Düşünürsüz ki,Edvard Snoudenin yaratdığı ifşa şokundan sonra daha dünya adamının etiraz və müqavimət gücü qalmayıb ki,desin:hər bir mobil daşıyıcı potensial terrorçu olub ki,onları doğulandan ölənədək belə müşahidə altına alırsız?Üstəlik,bütün baş verənlər ülvi demokratiya prinsiplərinin və insan haqlarına dair bəlağətli paktların çətiri altında baş verir.Belə çıxır ki,Şimali Koreya lideri Kim Çen In yalnız ona görə pisdir ki,O,xalqına hər hansı azadlıq hüququ tanımır,qəddarcasına repressiya və edam mərasimləri keçirir, hamını özü mühakimə edərək təkbaşına hökmranlıq edir.Despotizm pisdir,lakin onun mütləqiyyət forması özünü o qədər fərqli səviyyədə təzahür edə bilər ki.Nə fərqi var,sən daha sivil kommunikasiyalarla adamları laborator siçanlarına çevirirsən,yaxud kobud şəkildə gütürüb qılıncı başlarını vurusan.İndi Azadlıq haqqında Billəri yazan mütəfəkkirlər dirilib gəlsələr Edvard Snoudeni Martin Lüter Kinq kimi dünyəvi missiya sahibi və bəşəri xilaskar ödülü ilə təltif etməzdilərmi?Yəni,daha kimdə şübhə qalıb ki,o tələdə deyil?Yoxsa,adamlar ona görə etiraz edə bilmirlər ki,hamının dosyesi o mərkəzlərdə qorunub saxlanır? Ən ləzzətlə dinlənilən Anqela Merkelin cəmi iki günlük narazılıq səsini eşidə bildik.Sonda o da susdu.Casus kompüterlər və mobil vasitələr İsgəndərin qorxu ilə quyuya pıçıltasından daha təhlükəli şəkildə öz üstümüzə qayıdır.Vaxtilə,marksist təlimin sahibləri "Qoyunlar insanları yeyir"dən bəhs edirdilər.İndi 21-ci əsrin fenomeni tamam ayrıdır.Adamlar Allahdan daha çox kəşfiyyat və casus şəbəkələrinin mühakiməsi altındadılar.Belədə şəxsi həyatın toxunulmazlığı barəsindəki iddilliyalar tamam bayağı səslənir. Gəlin özümüzü aldatmayaq.Əgər dövlət başçıları belə həmin izləmələrdən özlərini kənar saxlaya bilməyiblərsə,deməli, başqalarının immunitetindən danışmağa dəyməz.Diktatura dərkolunmayan köləlikdirsə,demokratiya dərk olunan qulluqdur. Almaniyanın "qırmızı-qara koalisiyası"nın rəhbəri və dinləmənin ən böyük qurbanı Anqela Merkel Avropa İttifaqının son Brüssel sammitində 28 dövlər arasında "antisasusluq paktı" imzalamağı təklif edərək ölkəsinin BND rəhbəri Herhard Şindleri bu işə qoşanda son ümidi vardı ki,bəlkə hamının dəsətiyini qazana biləcək.Lakin danışıqlar tam iflas həddindədir.Amerika ən yaxşı halda alman həmkarlarına qarşılıqlı izləməmə və dinləmədən imtina haqda razılşmaya gəlməyə razılıq versələr də son anda digər Avropa dövlətləri ilə oxşar sazişləri imzalamaqdan imtina edərək danışıqları yarımçıq qoyub.Bu o deməkdir ki,casus əleyhinə pakt heç zaman ərsəyə gəlməyəcək və bütün məkanlarda kəşfiyyat qulaqları hamının ən kiçik səsini belə fiksasiya edib öz qeydetmə qurğusuna yerləşdirəcək.Ona görə "başınızın üstündə Tanrı var" deməyə tələsməyin.Çünki hər birinizdən yuxarıda bir izləmə qurğusu var. Deyirlər, biz yer üzündə mövcud olan 3-cü sivilizasiyayıq.Buna qədər kainat iki dəfə öz məhvərindən çıxaraq bütün canlı aləmi məhv etmiş və bəşəri varlığa son qoymuşdur.Görünür,onda da Allah öz bəndələrinin onun səlahiyyətlərini mənimsədiyini görəndə tufan qoparıb və qiyaməti yaxınlaşdırıb.İndi heç bir şübhə yoxdur ki,növbəti apokalipsisi məhz ümumdünya casusluğu meydana gətirəcək. Əgər mərkəzi kəşfiyyat idarələrində hər kəsin şəxsi qovluğu varsa,onda ayrıca tərcümeyi-hal və avtoportret yığıcılarına bir ehtiyac varmı?

Sizin Reklam Yeriniz