news Image
2014.01.21
00:14
| A A A
Ebru Gündəş boşanır?
Rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunaraq Metris həbsxanasında saxlanılan iş adamı Rza Zərrabın dubaylı iş adamlarını və polis rəislərini qadınlarla təmin etdiyi sübut olunduqdan sonra məşhur müğənni Ebru Gündəş həbsxana ziyarətini kəsib. 

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanvarın 10-da Dubay polislərinin iki günlük İstanbul səfərində Zərrab onları otel  xidməti və 15 qadınla təmin etməsi ilə bağlı xəbərin Türkiyə mətbuatında yer almasından bu yana müğənninin ərini ziyarət etmədiyi ortaya çıxıb. Ərini həbsxanaya girdiyi ilk gündən etibarən yalnız buraxmayan Ebru bu xəbərdən öncə demək olar ki, hər gün onu ziyarət edib. Türkiyə mətbuatı Ebrunun Zərrabın fahişə qadınlarla bağlı telefon danışığını ona edilən xəyanət kimi qəbul etdiyini və bu səbəbdən Rzaya qəzəbləndiyini iddia edir. Onun münsif üzvü olduğu proqrama nişan üzüyünü taxmadan çıxması isə Zərrabı sildiyi, hətta boşanma qərarı aldığı fikirlərini irəli sürüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs