Əlaqə Arxiv
news Image
2014.01.21
15:11
| A A A
Əsədin işgəncə verdiyi şəxslərin görüntüləri yayıldı!

Suriya ordusunda 13 il hərbi polis olaraq vəzifəsini yerinə yetirən bir nəfər iş yoldaşlarıyla iki il müddətində Əsəd rejimi tərəfindən nəzarətə götürüləndən sonra sistematik işgəncəylə öldürülən 11 min nəfərin 55 min sayla fotoşəkilini çəkib. Kod Adı Caesar olan nəfərin şəxsiyyəti gizli saxlanır. Caesar fotoları çəkib və ölkədən qaçıb. 


Movqe.Az xəbər verir ki, Suriya ordusunda 13 il hərbi polis olaraq vəzifəsini yerinə yetirən bu şəxs, ölkədə yaşanan vətəndaş müharibəsi müddətində rejimə bağlı hərbi xəstəxanalara ölü olaraq gətirilən şəxslərin fotoşəkillərini çəkməklə vəzifələndirilib. 


Xəstəxanaya gətirilən şəxslərin hamısı polis tərəfindən nəzarətə götürüləndən işgəncə, əllə boğma və ac buraxılaraq öldürülən Suriyalı müxaliflərdən ibarət olub. Hərbi polis hər gün, ölü olaraq gətirilən bu kəslərin üz və bədən fotoşəkillərini çəkərək, hərbi bazalarına təslim edib.

Olduğu mühitin "qətlxanaya" bənzəməyə başladığını söyləyən Caesar, bunu isbat etmək üçün cəsədlərin kütləvi halda fotoşəkillərini belə çəkib. Daha çox dözə bilməyib. Baş verənlərdən duyduğu dərin kədər səbəbiylə çəkdiyi fotoşəkillərin bir kopyasını güvəndiyi şəxsə verməyə başlayıb. 




Sizin Reklam Yeriniz