Əlaqə Arxiv
news Image
2014.01.21
19:25
| A A A
Lənkəranda məktəbdə mina aşkarlandı

Azərbaycanda ota məktəbdə təlim məqsədli tank əleyhinə minanın təhlükəli olduğu müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, bu, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən, Elman Məmmədov adına tam orta məktəbdə aşkarlanıb.

Dərhal nazirliyin xilasediciləri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri 187 şagird, 32 müəllim və 16 texniki işçini məktəb binasından təxliyə edib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 14:13-də başa çatıb.


Sizin Reklam Yeriniz