news Image
2014.01.22
22:34
| A A A
Bakı avtobuslarında daha bir yenilik
“Avtobuslarda xüsusi geyimdə olan insanlar kart sisteminə keçidlə bağlı tanıtım həyata keçirirlər. Bu kampaniyaya əsasən gənclər cəlb edilib”

Bunu Modern.az saytına açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib.

"2-3 gün olar ki, belə tanıtımlara start verilib. Əsasən insanları kart almağa həvəsləndirirlər. Kart sistemi tam olaraq tətbiq edildikdən, əhali bu barədə maarifləndikdən sonra tanıtım dayandırılacaq".


Xatırladaq ki, 10 və 95 saylı marşrutlarda artıq kartla ödəniş sistemi tətbiq edilir. Kartın qiyməti 2 manat sığorta depoziti, 1 manat isə balansa yüklənən gediş haqqı olaraq 3 manatdır. İlkin olaraq 10 və 95 saylı marşrutlarda kart sisteminin tətbiqinə start verilib. 450 minə yaxın kart artıq hazırdır. 1 milyona yaxın kart isə sifariş edilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 müasir köşkdə satılır. Kartları eləcə də "Bank of Azerbaijan"ın filiallarından əldə etmək olar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs