news Image
2014.01.23
09:20
| A A A
Məşhur müğənninin Rza Zərrabla döyüş fotoları yayıldı (FOTO)
Türkiyəli məşhur müğənni, "Athena" qrupunun solisti, "O Ses Türkiye" müsabiqəsinin münsiflər heyətinin üzvü Gökhan Özoğuzun növbəti maraqlı fotoları yayılıb.  Movqe. az xəbər verir ki, ANS PRESS-Türkiyə mediasına istinadən bu fotoları yayımlayıb.  Rza Zərrabla Athana Gökhanın straykbol (Airsoft) həvəskarı olduqları ortaya çıxıb. Məlum olub ki, Straykbol yarışları klubuna üzv olan müğənni hər həftə sonu bu oyunu oynayır. Komanda yoldaşları arasında əkiz qardaşı və 17 dedkabr korrupsiya əməliyyatı nəticəsində həbs olunan iş adamı Rza Zərrab da var.  Üçlüyün ötən il noyabr 2-si Beykoz Kundura Fabrikində reallaşan və "Operation Ottoman" adı verilən qarşılaşmada çəkilən fotoları oyunun Türkiyə səhifəsində yayımlanıb. Xatırladaq ki, bir müddət əvvəl məsciddə Gökhanın dəstəmaz alarkən və daha sonra dua edərkən çəkilən şəkilləri paylaşılaraq gündəmə gəlmiş, sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs