news Image
2014.01.23
10:26
| A A A
Qarabağ qazisini döyüldü

Qarabağ qazisi özü məlumat yayaraq bildirib ki, hücum zamanı özü ilə yanaşı, Böyük Vətən müharibəsi veteranı olan atasına da xəsarət yetirilib.

Yanvarın 17-də axşam saat 19.00 radələrində Qarabağ müharibəsi əlili, Laçının müdafiəsi uğrunda döyüşlərdə ağır xəsarət almış Niyaz Əmiraslanov hücuma məruz qalaraq, döyülüb. 


Bu barədə Qarabağ qazisi özü məlumat yayaraq bildirib ki, hücum zamanı özü ilə yanaşı, Böyük Vətən müharibəsi veteranı olan atası Vəli Əmiraslanova da xəsarət yetirilib.


Niyaz Əmiraslanovun sözlərinə görə, onlara hücum edənlər Azad Isgəndərov adlı iş adamına yaxın adamlar və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları olub. Səbəb isə budur ki, Azad Isgəndərovun rəhbərlik etdiyi tikinti Niyaz Əmiraslanovun evinə gedən yolu kəsir. Qarabağ qazisi deyir ki, o, yolunun kəsilməsinə etiraz etdiyinə görə hücuma məruz qalıb.


Nicat Əmiraslanov baş verənlərlə əlaqədar Binəqədi rayonu, 4-cü polis bölməsinə şikayət edib. "Bölmədə təhqiqatçı Natiq Təhməzovun "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı, getməzdin" deməyi mənə döyülməkdən də pis təsir elədi", - deyə Qarabağ əlili bildirib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs